Azərbaycan və Belarus xarici işlər nazirlərinin müavinləri arasında görüş keçirilib

Azərbaycan və Belarus xarici işlər nazirlərinin müavinləri arasında görüş keçirilib
# 13 noyabr 2013 07:53 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Azərbaycan-Belarus hökumətlərarası komissiyasının Bakıda keçirilən 8-ci iclası çərçivəsində Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Belarus xarici işlər nazirinin birinci müavini Aleksandr Mixneviçlə görüşüb. APA-nın Belarus XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tərəflər ikitərəfli siyasi və iqtisadi əlaqələrin dinamikası və perspektivlərini müzakirə edərək nazirliklər arasında əməkdaşlığın inkişafı üzrə sonrakı planları müəyyən ediblər. İki ölkə arasında yüksək səviyyəli görüşlərdə əldə olunmuş razılaşmaların həyata keçirilməsinə xüsusi diqqət yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR