Yevlaxda polis əməkdaşı xidməti avtomobili qatara çırpıb, ölən var - FOTOSESSİYA - VİDEO

Yevlaxda polis əməkdaşı xidməti avtomobili qatara çırpıb, ölən var - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 10 iyun 2014 15:56 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı, 1990-cı il təvəllüdlü Ruslan Quliyev idarə etdiyi xidməti “Chevrolet Niva” markalı maşını Bakı-Tbilisi dəmir yolu xəttinin Yevlax şəhərindən keçən hissəsində hərəkətdə olan qatara çırpıb.

Nəticədə avtomobildə olan sərnişin, rayonun Nemətabad kənd sakini Elməddin Həsənov hadisə yerində dünyasını dəyişib. Sürücü özü isə ağır bədən xəsarətləri ilə Yevlax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR