Tiflisdə 10-cu Cənubi Qafqaz Media konfransı keçirilir - FOTO

Tiflisdə 10-cu Cənubi Qafqaz Media konfransı keçirilir - <span style="color: red;">FOTO
# 11 noyabr 2013 11:36 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstan paytaxtında ATƏT-in təşkilatçılığı ilə “Medianın azadlığı üzrə ATƏT-in öhdəliklərinin dərk edilməsi” mövzusunda 10-cu Cənubi Qafqaz Media Konfransı başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, beynəlxalq konfransı Gürcüstan xarici işlər naziri Maya Pancikidze açaraq bildirib ki, Gürcüstan da digər Cənubi Qafqaz ölkələri kimi üzərinə söz azadlığı barədə öhdəliklər götürüb: “Biz qarşımıza qoyulan tapşırıqları yerinə yetirmək üçün jurnalistlərin iş şəraitini daha da yaxşılaşdıracağıq. Bu tədbir də qarşımıza qoyulan tapşırıqları yerinə yetirməkdə bizə kömək edəcək”.

Sonra tədbirdə ATƏT-in mətbuat və söz azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç çıxış edib: “Bu tədbir Cənubi Qafqaz ölkələrinin KİV azadlığı sahəsində 10 il ərzində gördükləri işlərə həsr olunub. Bu, yubiley tədbirdir. Mən ABŞ hökumətinə və digər ölkələrə bizə maliyyə dəstəyinə görə təşəkkür edirəm. Biz arxaya boylansaq görərik ki, bu keçən 10 ildə hansı işləri görmüşük“.

Tədbirdə BMT-nin məruzəçisi, 2004-2010-cu illərdə ATƏT-in mətbuat və söz azadlığı üzrə nümayəndəsi olmuş Mikloş Harasti, Barselona Universitetinin professoru, ATƏT-in KİV azadlığı üzrə baş məsləhətçisi Emir Povlakoviç “KİV-in azadlıq landşaftının dəyişdirilməsi”, “KİV-in inkişafı üçün əsas faktorlar və rəqəmsal əsrdə KİV-in problemləri” mövzularında məruzələrlə çıxış ediblər. Məruzələrdən sonra tədbir diskussiya şəkilində davam edib və Cənubi Qafqaz regionunda media sahəsində baş verən hadisələrlə əlaqədar verilən suallar cavablandırılıb.

Media konfransında Gürcüstan, Ermənistan və Azərbaycanın hökumət nümayəndələri, jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri və beynəlxalq ekspertlər iştirak edir.

Qeyd edək ki, beynəlxalq konfransda Azərbaycanı 16 nəfərdən ibarət nümayəndə heyəti təmsil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR