«Bank Avrasiya»nın aktivləri son bir ildə 35% artıb

«Bank Avrasiya»nın aktivləri son bir ildə 35% artıb
# 29 yanvar 2014 08:12 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Avrasiya» ASC-nin aktivlərinin həcmi 2014-cü il yanvarın 1-nə 81,524 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 34,9% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 33,1% artaraq 58,313 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 11,797 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin əvvəlinə nisbətən 3,5 dəfə çoxdur.

Bankın depozit portfeli keçən il 44,4% artaraq 44,170 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 37,480 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 31,6% çoxdur.


Ötən il bankın məcmu kapitalı 22,8% artaraq 22,575 mln. manat, o cümlədən nizamnamə kapitalı dəyişməz qalaraq 20,0 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 22,6% artaraq 3 772, o cümlədən fiziki şəxslərin sayı 20,7% artaraq 3 531, hüquqi şəxslərin sayı 11,1% artaraq 241 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2014-cü il yanvarın 1-nə 2 466-ya bərabər olub ki, bu da illik müqayisədə 1,9% azdır. O cümlədən, debet kartların sayı 21,1% azalaraq 1 292, kredit kartların sayı 33,7% artaraq 1 174 təşkil edib.


Hazırda bankın ölkə üzrə 1 filialı, 8 bankomatı, 165 POS-terminalı fəaliyyət göstərir. Bankın 49 işçisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR