Qaxda bıçaqlanma hadisəsi baş verib - VİDEO

Qaxda bıçaqlanma hadisəsi baş verib - <span style="color: red;">VİDEO
# 03 sentyabr 2013 15:34 (UTC +04:00)

Qax. Vüqar Heydərov-APA. Qaxda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Qorağan kəndində qeydə alınıb.

Kənd sakini, 26 yaşlı Dursunov Aqil Vidadi oğlu qonşusu, 27 yaşlı Malxazov Araz Vaqif oğluna üzərində gəzdirdiyi bıçaqla xəsarət yetirib. Xəsarət alan Araz Malxazov dərhal Qax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Polisdən həmçinin bildirilib ki, A. Dursunovla A. Malxazov qonşu olublar. Onlar arasında əvvəllər heç bir ədavət olmayıb. Hadisə zamanı A. Dursunov sərxoş vəziyyətdə olub.

Faktla bağlı Qax RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR