Bakıda baş verən yol qəzasında iki nəfər xəsarət alıb

Bakıda baş verən yol qəzasında iki nəfər xəsarət alıb
# 23 aprel 2014 10:19 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakı şəhərində zəncirvari yol qəzası baş verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 22-də saat 16 radələrində Yasamal rayonu ərazisində, dairəvi yolda Bakı şəhər sakinləri - Aydın Qırxlarovun idarə etdiyi “Opel Astra”, Elzəddin Şamilovun idarə etdiyi “Toyota Prado”, Samir Baxşiyevin idarə etdiyi “Hyundai” və Beyləqan rayon sakini Miryusif Talıbovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. A. Qırxlarov və sərnişini, Bakı şəhər sakini Məhrux Qırxlarova, habelə E. Şamilov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR