Son 6 ayda Azərbaycandan Gürcüstana gedən turistlərin sayı 15% artıb

Son 6 ayda Azərbaycandan Gürcüstana gedən turistlərin sayı 15% artıb
# 24 sentyabr 2013 13:39 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Son 6 ay ərzində Azərbaycandan Gürcüstana gedən turistlərin sayı 15% artaraq 686 671 minə çatıb.

APA-nın Gürcüstan bürosunun yerli mətbuata istinadən xəbərinə görə, Gürcüstana gələn turistlərin sayını qiymətləndirən Beynəlxalq Turizm Təşkilatı qeyd edib ki, son 6 ay ərzində Mərkəzi və Şərqi Avropadan Gürcüstana turist axını daha çox olub.

Məlumata görə, 2013-cü ilin 8 ayı ərzində ölkəyə 3 568 518 xarici vətəndaş gəlib və bu keçən ilki göstəricidən 26% çoxdur. Avqust ayında Gürcüstana gələn turistlərin sayı 770 608 nəfər olub. Ən çox turist qonşu ölkələrdən gəlib. Onların sayı 3 132 623 nəfər (80%) təşkil edib, 2012-ci ilin eyni dövründə isə bu rəqəm 91% olub.

Turistlər ən çox Türkiyə (1 109 920 nəfər - 18% artım), Ermənistan (55% - 820 043), Azərbaycan (686 671 - 15%), Rusiya (515 989 - 69%) və Ukraynadan (79 542 qədər - 73%) gəlib.

Acarıstanın dənizkənarı regionuna gələn turistlərin sayı daha çox nəzərə çarpıb. Bu ilin yay mövsümündə 214 628 ziyarətçi gəlib ki, bu da keçən ilki rəqəmlə müqayisədə 7,63% çoxdur.

Acarıstan Turizm Departamentinin məlumatına görə, Rusiyadan gələn turistlərin axını 60%-i keçib. Eyni zamanda bu bölgəyə Azərbaycan, Polşa, Ukraynadan gələn turistlərin də sayı artıb. Artımın əsas səbəbi marketinq siyasət strategiyasının düzgün qurulmasındadır. Bu məqsədlə 2014-cü ildə Acarıstanda istirahət üçün reklama 3 milyon lari xərcləmək planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR