Azərbaycan bədii filmi Ukraynada keçiriləcək beynəlxalq telekinoforumda iştirak edəcək

Azərbaycan bədii filmi Ukraynada keçiriləcək beynəlxalq telekinoforumda iştirak edəcək
# 04 sentyabr 2013 12:23 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Rejissor Şamil Əliyevin "Çölçü" bədii filmi Ukraynanın Yalta şəhərində keçiriləcək "Birlikdə" XIV beynəlxalq telekinoforumda iştirak edəcək.

APA-nın Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, forum cari il sentyabrın 5-dən 11-dək keçiriləcək.

Nazirliyin sifarişi ilə 2012-ci ildə "Azərbaycanfilm" kinostudiyasında lentə alınmış filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər. Ekran əsəri indiyədək Düşənbə, Almatı, Qahirə, Ankara və digər şəhərlərdə keçirilən beynəlxalq festivallarda iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR