Azərbaycan Beynəlxalq Bankının bankomatları bayram günləri fasiləsiz işləyib

Azərbaycan Beynəlxalq Bankının bankomatları bayram günləri fasiləsiz işləyib
# 26 mart 2014 08:06 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı bayram günlərində bankomatlarının fasiləsiz işini və onların nağd pullarla doldurulmasını təmin edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, Bank bayram günlərində bankomatları üzrə monitorinqlər aparıb.

Monitorinqlərin məqsədi bankomatlarda nağd pulların əlavə doldurulması zərurətinin aşkar edilməsi olub ki, bu da Bankın müştərilərinin nağd pulla təmin edilməsinə xidmət edib.

Bankın bütün bankomatları nağd pulla təmin edilib.

Bu günə Azərbaycan Beynəlxalq Bankının ölkə üzrə 690-dan artıq bankomatı və 4 950 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR