Bu il Azərbaycanda İİV-ə yoluxan narkotik istifadəçilərinin sayı açıqlanıb - VİDEO

Bu il Azərbaycanda İİV-ə yoluxan narkotik istifadəçilərinin sayı açıqlanıb - <span style="color: red;">VİDEO
# 21 iyun 2014 11:21 (UTC +04:00)

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan APA-ya verilən məlumata görə, 2014-cü ilin 5 ayı ərzində narkomaniyaya düçar olmuş insanların qanının İİV-ə müayinəsi nəticəsində, onlardan 64 İİV-infeksiyasına yoluxma faktı təsdiq olunub.

Bu ilin 5 ayı ərzində Azərbaycan vətəndaşları arasında İİV-ə yoluxma hallarının 25,5 faizi inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Ümumilikdə isə 1992-ci ildən 2014-cü il iyunun 1-dək yoluxma hallarının 55,1% inyeksion narkotik istifadəsi nəticəsində baş verib.

İyunun 1-i tarixinə ümumilikdə 2040 nəfər İİV/QİÇS-li xəstə ARV-terapiyaya cəlb edilib. Onlardan 269 nəfəri 2014-cü il ərzində ARV-terapiyaya olunub. Yeni cəlb olunanlardan 82 nəfəri inyeksion narkotik istifadəçiləridir. ARV-terapiyaya ümumi cəlb olunan 2040 nəfərdən 1103 nəfəri inyeksion narkotik istifadəçiləridir və onlardan da 449 nəfəri penitensiar sistemində ARV-terapiyaya qoşulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR