İranda bir gündə 27 nəfər edam edilib

İranda bir gündə 27 nəfər edam edilib
# 23 avqust 2013 12:54 (UTC +04:00)

Ərakda da 5 nəfərin dara çəkildiyi məlum olub

Bakı. Real Cəfərli-APA. İranın mərkəzi vilayətində 5 nəfər edam edilib. APA-nın məlumatına görə, məhbuslar narkotik maddələrin alqı-satqısı, qaçaqmalçılığı və saxlanılmasında günahlandırılaraq dara çəkiliblər. Onlar ümumilikdə 5 kiloqram heroin, krak və şüşə maddələri ilə həbs ediliblər. Məhbusların ad və soyadlarının yalnız baş hərfləri qeyd olunub. Onların 24, 25, 29, 35 və 37 yaşları olduğu və Ərak İnqilab Məhkəməsinin birinci və ikinci şöbələri tərəfindən ölüm hökmünə məhkum edildikləri bildirilir. Qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra avqustun 22-də səhər saatlarında Ərak şəhərinin mərkəzi həbsxanasında icra edilib.

Qeyd edək ki, İran insan haqları fəalları bununla bir gün ərzində ölkədə 27 nəfərin dara çəkildiyini bildiriblər. Belə ki, avqustun 22-də Urmiyada 5, Ərdəbildə 3, Məşhəddə 2, Həndicanda 1 nəfər edam edilib. Eyni zamanda həmin gün Kərəcdə 11 nəfər gizli şəkildə edam edilib. Bundan əvvəl avqustun 21-də Cəhrom və Təbrizdə 2 nəfər dara çəkilib. Bununla da iki gün ərzində İranda 29 nəfər edam edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR