Azərbaycan prezidenti: “Türk dünyasını dünyaya tolerantlıq mərkəzi kimi təqdim etməyə çalışmalıyıq”

Azərbaycan prezidenti: “Türk dünyasını dünyaya tolerantlıq mərkəzi kimi təqdim etməyə çalışmalıyıq”
# 16 avqust 2013 08:55 (UTC +04:00)

Qəbələ. Rəşad Süleymanov-APA. “Dünyada gedən iqtisadi və maliyyə böhranına baxmayaraq ölkələrimiz öz iqtisadiyyatlarının həcmini inamla artırırlar”. APA-nın məlumatına görə, bu fikirləri Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitində yekun nitqi söyləyən Azərbaycan prezidenti İlham Əliyev bildirib.

Azərbaycan iqtisadiyyatının 3 dəfədən çox artdığını deyən prezident bildirib ki iqtisadi sahədə əməkdaşlığın dərinləşməsi üçün böyük imkanlar var: “Azərbaycan bu istiqamətdə öz addımlarını atmaqdadır.

Turizm sektorunda birgə fəaliyyət məsələsi qaldırıldı. Bu çox dəyərli məsələdir. Təklif edirəm ki, ölkələrimizdə və ya xaricdə türk dünyasının turizm potensialı ilə bağlı sərgi keçirilə bilər. Eləcə də beynəlxalq sərgilərdə birgə təqdimatla çıxış edə bilərlər. Bu praktik nöqteyi-nəzərdən ölkələrimizə turizm axının gücləndirmiş olar. İKT ilə bağlı bu il əvvəlində Azərbaycanın ilk telekommunikasiya peyki orbitə buraxıldı. Humanitar sahədə mühüm addımlar atılır. Gələcəkdə bu sahədə görülən işlər hər bir ölkəni daha da gücləndirəcək”.

Dövlət başçısı qeyd edib ki, bu gün Xəzərdə tikilən dəniz limanı bölgənin ən böyük limanı olacaq: “Mərhələlərlə bu limanın yük qəbulu 10 milyon tondan 20 milyon tona çatacaq. Bu da Xəzər dənizi üzərindən ötürülən yüklərin həcmini artıracaq”.


Tolerantlığı türkdilli dövlətlərin böyük sərvəti adlandıran prezident qeyd edib ki, türk dünyasını dünyaya tolerantlıq mərkəzi kimi təqdim etməyə çalışmaq lazımdır: “Üstünlüyümüz olan demoqrafik vəziyyət ciddi iqtisadi inkişafla tamamlanmalıdır. Demoqrafik vəziyyət iqtisadiyyatla bərabər artarsa, bu, böyük güc olar. Xaricdə yaşayan diaspor təşkilatlarımızın birgə fəaliyyəti də önəmlidir. Biz bu sahədə işlər görür, diaspor təşkilatlarımızın qurultayını təşkil edirik. Milyonlarla soydaşlarımızı təşkilatlandırmaq üçün işlər görürük”.

Prezident Türk dünyasının diaspor təşkilatlarının birgə fəaliyyətinin təşkilinin türk dövlətlərinin uğuru olacağını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR