Braziliyada avtobusun qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, 16 nəfər isə xəsarət alıb

Braziliyada avtobusun qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, 16 nəfər isə xəsarət alıb
# 07 noyabr 2013 18:33 (UTC +04:00)

Bakı-APA. Braziliyanın Baya ştatında baş vermiş ağır yol qəzası nəticəsində 6 nəfər ölüb, 16 nəfər isə xəsarət alıb. APA-nın “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, federal əhəmiyyətli magistral yolda avtobus ilə yük maşını toqquşub. Avtobusun ciddi deformasiyaya uğradığı bildirilir.

Hadisə yerində xilasedicilər çalışır. Polis qəzanın səbəblərini araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR