Milli Məclisin komitə sədri dağlıq rayonlarında yeni yaşayış məskənlərinin salınması təklifi ilə çıxış edib

Milli Məclisin komitə sədri dağlıq rayonlarında yeni yaşayış məskənlərinin salınması təklifi ilə çıxış edib
# 12 noyabr 2013 11:25 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisində ölkənin dağlıq rayonlarında yeni yaşayış məskənlərinin salınması təklif olunub.

APA-nın məlumatına görə, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında gələn ilin büdcə layihəsinin müzakirəsi zamanı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edib.

O xatırladıb ki, Azərbaycanın dağlıq ərazisinin böyük bir hissəsi işğal altındadır: “Təəssüf ki, işğal faktına görə əhalinin bir çox hissəsi vaxtı ilə öz yurdlarında uyğunlaşdıqları dağlıq ərazidə yaşama vərdişini yadırğayır. Bu yaxınlarda yeni müdafiə nazirimiz də dağlıq şəraitdə döyüş qabiliyyəti vərdişimizin yüksək olmasının vacibliyini qeyd etdi. Ona görə də hökumət gələcəkdə büdcə vəsaitlərindən ölkənin digər dağlıq ərazilərində yeni yaşayış məskənlərinin salınmasına yönəltməlidir”.

Ə. Hüseynli deyib ki, Dağlıq Qarabağa qayıtmaq Azərbaycanın qəti məqsədidir: “Ona görə də insanlarımız bu mühitdə yaşamaq vərdişlərini itirməməlidirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR