Ukraynada təhsil alan əcnəbi tələbələrin sayına görə azərbaycanlılar ikinci sıradadır

Ukraynada təhsil alan əcnəbi tələbələrin sayına görə azərbaycanlılar ikinci sıradadır
# 25 noyabr 2013 11:46 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Hazırda Ukraynada Azərbaycandan olan 6 minə yaxın tələbə təhsil alır. APA-nın “Kommentarii” portalına istinadən verdiyi məlumata görə, bu rəzəm Ukrayna Elm və Təhsil Nazirliyinin statistikasında əksini tapıb.

Ukraynada təhsil alan əcnəbi tələbələrin ümumi sayı ötən illərlə müqayisədə artıb və 60 mini ötüb. Ən çox tələbə Türkmənistandan gələnlərdir – 12,5 min nəfər. Azərbaycanlı tələbələr ikinci sıradadır. Dana sonra Çin, Nigeriya və Hindistan vətəndaşları gəlir.

Əcnəbi tələbələr daha çox tibb, texniki, iqtisadi, aqrar və bədii ixtisaslara üstünlük verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR