Qırğızıstan müşahidəçiləri: Səsvermə Azərbaycan qanunvericiliyinə uyğun və ədalətli keçirilib

Qırğızıstan müşahidəçiləri: Səsvermə Azərbaycan qanunvericiliyinə uyğun və ədalətli keçirilib
# 11 oktyabr 2013 14:09 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Qırğızıstanın Seçkilər və referendumun keçirilməsi üzrə mərkəzi komissiyanın nümayəndə heyəti Azərbaycanda oktyabrın 9-da keçirilən prezident seçkilərində keçirtdiyi müşahidələrlə bağlı məlumat yayıb.

APA-nın mərkəzi komissiyanın saytına istinadən verdiyi məlumata görə, komissiyanın sədri Tuyqunaalı Abraimov rəhbərlik etdiyi nümayəndə heyəti MSK üzvü Jenişbek Akmatovla MSK aparatın əməkdaşı Bolot Maqsudbayevdən ibarət olub.

Qırğızıstan nümayəndə heyəti seçkilərdə müşahidələri Azərbaycan Mərkəzi Seçki Komissiyası sədrinin dəvəti əsasında keçirib və müşahidələrin nəticələrinə əsasən, səsvermə Azərbaycan qanunvericiliyinə uyğun olaraq açıq və ədalətli keçirilib, hazırkı prezident İlham Əliyev yenidən ölkə başçısı postuna seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR