“Rabitə” ABŞ millisinin voleybolçusu ilə müqavilə bağlayıb

“Rabitə” ABŞ millisinin voleybolçusu ilə müqavilə bağlayıb
# 10 dekabr 2013 10:08 (UTC +04:00)

Bakı – APA. “Rabitə” heyətinə yeni voleybolçu cəlb edib. Apasport.az saytının məlumatına görə, son illərin dəyişməz Azərbaycan çempionu ABŞ millisinin 4-cü zona oyunçusu Cina Mankusonu rənglərinə bağlayıb.


22 yaşlı voleybolçu ilə 3 illik müqavilə imzalanıb. 186 sm boya malik Mankuso son mövsümü Puerto-Rika çempionatında keçirib. O, burada yarışın bombardiri və çempionatın ən yaxşı voleybolçusu olub. Həmçinin, ABŞ-ın U-23 millisinin kapitanı olan Cina bu ilin yayında mundialın ən çox xal toplayan oyunçusu da seçilib.

Ardınca əsas komandaya dəvət olunun “Rabitə”nin yeni transferi ölkəsində son illərin ən yaxşı 4-cü zona oyunçusu sayılır. Mankusoya ulduz həmyerlisi Jordan Larsonun davamçısı kimi baxırlar.

Qeyd edək ki, Cina ölkəsində müxtəlif ştatlararası və universitetlər arası yarışların da qalibi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR