Azərbaycanda çoxuşaqlı ailələrə kommunal xidmət xərclərinin ödənilməsi üçün dövlət tərəfindən kompensasiya verilə bilər

Azərbaycanda çoxuşaqlı ailələrə kommunal xidmət xərclərinin ödənilməsi üçün dövlət tərəfindən kompensasiya verilə bilər
# 05 noyabr 2013 09:30 (UTC +04:00)

Layihənin hazırlanmasında əsas iştirakçılardan olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, qanunla bağlı müzakirələr gedir və ilin sonuna qədər yekunlaşaraq parlamentə təqdim oluna bilər.

Layihə üzərində Maliyyə və Səhiyyə nazirlikləri ilə yanaşı, bir sıra qurumlar da işləyib. Qanun layihəsinə görə, çoxuşaqlı ailələrə veriləcək güzəştlərə təhsil, səhiyyə, kommunal xidmətlər, həyat şəraitinin, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması, işlə təmin olunma sahəsində imtiyaz və güzəştlərdən ibarətdir. Bu kimi ailələrin uşaqlarına təhsil almaq, səhiyyə xidmətlərindən istifadə üçün güzəştlərin tətbiq olunması, kommunal xidmət xərclərinin ödənilməsi üçün dövlət tərəfindən kompensasiya verilməsi və s. nəzərdə tutulur. Buraya həmin ailədən olanların işlə təmin olunmasında, xüsusilə dövlət orqanlarında işə qəbul zamanı vakansiyalara yerləşdirmədə də güzəştlər aiddir. Layihədə həmçinin bu ailədən olan uşaqların təhsil haqqının yarı hissəsinin dövlət tərəfindən ödənilməsi də nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR