«Dəmirbank»ın hüquqi şəxs olan müştərilərinin sayı azalıb

«Dəmirbank»ın hüquqi şəxs olan müştərilərinin sayı azalıb
# 25 oktyabr 2013 08:16 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC-nin aktivlərinin həcmi 2013-cü il oktyabrın 1-nə 378,002 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 1,6% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 3,5% artaraq 294,931 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 151,809 mln. manat təşkil edib ki, bu da 2012-ci il oktyabrın 1-nə nisbətən 65,9% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi son bir ildə 11,9% azalaraq 12,625 mln. manata, vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə 0,7 faiz bəndi azalaraq 4,3%-ə düşüb.

Bankın depozit portfeli son bir ildə 17,7% artaraq 173,841 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 156,830 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 13,5% çoxdur.


Son bir ildə bankın məcmu kapitalı 4,0% artaraq 57,811 mln. manat, o cümlədən nizamnamə kapitalı dəyişməz qalaraq 21,0 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 43,5% artaraq 44 162, o cümlədən fiziki şəxslərin sayı 45,5% artaraq 43 186, hüquqi şəxslərin sayı 15,7% azalaraq 976 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il oktyabrın 1-nə 27 829-a bərabər olub ki, bu da illik müqayisədə 0,7% çoxdur. O cümlədən, debet kartların sayı 3,4% artaraq 21 331-ə, kredit kartların sayı 7,1% azalaraq 6 498-ə çatıb.


Hazırda bankın ölkə üzrə 32 filialı, 59 bankomatı, 1 270 POS-terminalı fəaliyyət göstərir. Bankın 903 işçisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR