İstintaq təcridxanasına narkotik vasitə keçirilməsinin qarşısı alınıb

İstintaq təcridxanasına narkotik vasitə keçirilməsinin qarşısı alınıb
# 19 noyabr 2013 07:32 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar xidmətin və 2 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.


Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında saxlanılan 1991-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 185.2.1, 185.2.2, 234.1-ci maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Emin Şahin oğlu Əsgərova qardaşı Əsgər Şahin oğlu Əsgərovun gətirdiyi sovqata baxış keçirilib. Bu zaman 2 ədəd xurma meyvəsinin içərisində gizlədilmiş hər birində 1 büküm, ümumi çəkisi 1,87 qram narkotik maddə marixuana və 2 ədəd xurma meyvəsinin içərisində hər birində 10 ədəd mənşəyi məlum olmayan həblər aşkar edilərək götürülüb.


Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR