Azərbaycan ərazisində güclü külək əsəcək, dağlıq ərazilərdə sulu qar, qar yağacaq

Azərbaycan ərazisində güclü külək əsəcək, dağlıq ərazilərdə sulu qar, qar yağacaq
# 19 oktyabr 2013 10:12 (UTC +04:00)

Güclü şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 10-13, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 20-də arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 10-15, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR