Bakıda 12 mənzildən ibarət tikilidə yanğın baş verib

Bakıda 12 mənzildən ibarət tikilidə yanğın baş verib
# 16 noyabr 2013 04:18 (UTC +04:00)

Bakı-APA. Bakının Nəsimi rayonunda yanğın hadisəsi olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ümumi sahəsi 1000 kv.m olan kommunal tipli bir çardaq altında 1 mərtəbəli 12 mənzildən ibarət tikilidə vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, ona bitişik digər vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan 2 otaqlı evin tavanı və ev əşyaları qismən yanıb.

Bitişik evlər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR