Araz Ağalarov Moskvada sirk tikəcək

Araz Ağalarov Moskvada sirk tikəcək
# 11 dekabr 2013 10:54 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə Rusiyanın “İzvestiya” qəzeti məlumat yayıb.

“Crocus City”nin ərazisində inşa ediləcək sirk 2014-cü ilin yaz aylarında fəaliyyətə başlayacaq. Layihənin ümumi dəyəri 300 mln. ABŞ dolları qiymətləndirilir.

“Crocus Group”un vitse-prezidenti Emin Ağalarov isə bildirib ki, yeni ticarət mərkəzinin ümumi sahəsi 250 min kv.m olacaq və buranı həftənin iş günləri 30-40 min, istirahət günləri isə 60-70 min nəfər ziyarət edəcək.

Onun sözlərinə görə, ticarət mərkəzində sirkin inşa edilməsi buraya gələnlərin sayını daha da artıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR