Qaxda baş verən  yol qəzasında bir nəfər ölüb, dörd nəfər yaralanıb - VİDEO

Qaxda baş verən  yol qəzasında bir nəfər ölüb, dörd nəfər yaralanıb - <span style="color: red;">VİDEO
# 12 yanvar 2014 09:16 (UTC +04:00)

Qax. Vüqar Heydərov-APA. Ötən gecə Qaxda baş verən ağır yol qəzasında bir nəfər ölüb, dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Qax rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Zaqatala rayonu Çobankol kənd sakini, 1994-cü il təvəllüdlü Məmmədov Rövşən Ramazan oğlu idarə etdiyi “VAZ 21011” markalı 55 BF 388 dövlət nişan nömrəli avtomobillə Qax şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun kənarındakı qoz ağacına çırpıb. Hadisə nəticəsində xəsarət alan sürücü Rövşən Məmmədov, avtomobildə olan digər sərnişinlər, sürücünün həmkəndliləri- 1993-cü il təvəllüdlü Məmmədov Ramazan Qabil oğlu, 1993-cü il təvəllüdlü Qəribov Yəhyə Elşən oğlu, 1991-ci il təvəllüdlü Əhmədov Elmir Ziyəddin oğlu və 1992-ci il təvəllüdlü Məmmədov Şəmsi Şamil oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına(MRX) aparılıblar. Yaralılardan Şəmsi Məmmədov xəstəxanaya aparılarkən yolda ölüb. Digər yaralılar- Ramazan Məmmədov, Yəhyə Qəribov və Elmir Əhmədov Qax MRX-nın cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Hazırda onların vəziyyətinin orta ağır olduğu bildirilir. Sürücü Rövşən Məmmədovun isə xəsarəti yüngül olduğundan ona Qax MRX-da ilkin yardım göstərildikdən sonra Qax Rayon Polis Şöbəsinə (RPŞ) aparılıb.

Fakla bağlı Qax RPŞ-də cinayət işi başlayıb, araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR