Salyanda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib - VİDEO

Salyanda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib - <span style="color: red;">VİDEO
# 27 yanvar 2014 07:01 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı - APA. Salyan rayonunda yolu keçən piyada yük avtomobilinin altında qalaraq ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında Ələt-Astara magistral yolunun Aşağı Kürkənd ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Xalac kənd sakini, 39 yaşlı İnşallah Heybət oğlu Qədirov yolu keçərkən yük maşını tərəfindən vurulub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR