Sumqayıtda ata və oğul bıçaqlanıb

Sumqayıtda ata və oğul bıçaqlanıb
# 17 may 2013 08:43 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Sumqayıtda ata və oğul bıçaqlanıb. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Sumqayıt şəhəri 42-ci məhəllədə qeydə alınıb. Naməlum şəxs münaqişə zəminində şəhər sakinləri 1969-cu il təvəllüdlü Əsgərov Abdulla Əli oğluna bıçaqla qarın nahiyəsindən, oğlu 1993-cü il təvəllüdlü Elvinə isə döş qəfəsindən xəsarət yetirib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisəni tərədən şəxs «Reno» markalı avtomaşında hadisə yerindən qaçıb.

Hazırda hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR