Tibb Universitetində “Tibb təhsilində islahatlar: problemlər və nailiyyətlər” mövzusunda elmi konfrans keçirilir - FOTO

Tibb Universitetində “Tibb təhsilində islahatlar: problemlər və nailiyyətlər” mövzusunda elmi konfrans keçirilir - <span style="color: red;">FOTO
# 21 oktyabr 2013 09:16 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Azərbaycan Tibb Universitetində (ATU) “Tibb təhsilində islahatlar: problemlər və nailiyyətlər” mövzusunda elmi konfrans keçirilir. APA-nın xəbərə görə, konfransda ATU rektoru Əhliman Əmiraslanov 3 gün davam edəcək beynəlxalq tədbirdə müxtəlif məruzələrin dinləniləcəyini, aparılan müzakirələrin tibb təhsilinin inkişafına təkan verəcəyini deyib.

Rektor bildirib ki, onlar tibb sahəsinə müxtəlif qrantların ayrılmasını yüksək qiymətləndirirlər: "Bu tibb təhsilinin dünyada əldə etdiyi nailiyyətlərdən yararlanmağımıza təkan verir. Son illər ölkəmizdə də tibb sahəsində bir sıra yeniliklər edilib. Diploma qədər və diplomdan sonrakı təhsildə islahatlar aparılıb. Bütün bunlar isə elmin inkişafına xidmət edir”.

Daha sonra çıxış edən Təhsil Nazirliyinin nümayəndəsi Tamilla Əliyeva hazırda ölkəmizdə Avropa ölkələrinin təcrübəsinə əsaslanaraq tədris həyata keçirildiyini bildirib: “Xarici ölkələrin əldə etdiyi nailiyyətlər Azərbaycan tibb təhsilində də tətbiq edilir. Bundan başqa, son üç ildə tibb sahəsində 350-dən çox tələbə xaricdə təhsilə göndərilib. Bu da tibbin inkişafına xüsusi təkan verən addımlardan hesab edilə bilər”.

TEMPUS layihəsinin Azərbaycan ofisinin rəhbəri Pərviz Bağırov ölkəmizdə son 18 ildə həyata keçirilən TEMPUS proqramı üzrə 46 layihənin Avropa Komissiyası tərəfindən qəbul edildiyini bildirib. Onun sözlərinə görə, bu layihələrin hər birinin dəyəri 900 min - 1 milyon avro civarındadır: "2000-ci ildən isə TEMPUS layihəsi Tibb Universitetində də tətbiq edilir. Bu layihə çərçivəsində bir sıra işlər görülüb. Bu il layihə başa çatsa da, növbəti ildən yeni layihələr tətbiq ediləcək. 2014-2020-ci illəri əhatə edəcək “Erasmus Mundus” layihəsinin büdcəsi 9 milyarda avro təşkil edəcək ”.

Tədbirdə, həmçinin Səhiyyə Nazirliyinin, İtaliya, İspaniya, Niderlanda, Gürcüstan, Rusiya, Ukrayna və digər dövlətlərin tibb universitetlərinin təmsilçiləri iştirak edir. Konfransda tibb təhsilində əldə olunan irəliləyişlər, yeniliklər barədə təcrübə mübadiləsi aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR