Masazır Duz Zavodunda növbəti “açıq qapı” günləri keçirilib - FOTO

Masazır Duz Zavodunda növbəti “açıq qapı” günləri keçirilib - <span style="color: red;">FOTO
# 21 may 2013 08:53 (UTC +04:00)

Bakı - APA-Economics. Masazır Duz Zavodunda növbəti “açıq qapı” günləri keçirilib. “APA-Economics”in KİV nümayəndələrinin iştirak etdiyi açıq qapı günlərində media təmsilçiləri zavodun fəaliyyəti, iş rejimi, istehsal sahələri və yodlaşdırılmış duzun ərsəyə gələnə qədər keçdiyi proseslə yaxından tanış olublar.

Qeyd etməliyik ki, Masazır Duz Zavodunun istehsal etdiyi yüksək keyfiyyətli “Azərduz”, “Bizim Duz”, “Salute” markaları öz keyfiyyəti ilə istehsalçılar tərəfindən rəğbət qazanıb. Lakin bu markalarla yanaşı, bazarda müxtəlif qablaşdırmalarda duzlar da satılır.

Media-tur zamanı media təmsilçilərinin istəyi ilə digər duz markaları ilə Masazır Duz Zavodunun məhsullarının keyfiyyətindəki fərqi araşdırmaq üçün eksperiment aparılıb. Eksperiment zamanı “Azərduz” markasının xaricdən müxtəlif yollar ilə gətirilən digər duzlardan keyfiyyətcə üstün olması açıq-aydın görünüb. Rusiya istehsalı kimi təqdim olunan və digər xarici qablaşdırmalarda olan duzlar suda həll olunan zaman çöküntü verərək qeyri-şəffaf, bulanıq rəngə düşüb. Bununla yanaşı, bu duzların ağır metallardan təmizlənməmiş olması da aydın görünüb.

Hər bir istehlakçı bilməlidir ki, keyfiyyətli və saf duz suda həll olarkən suyun rəngi təmiz və şəffaf olmalıdır. Duzun suda asan həll olması və rənginin bəyaz olması isə onun keyfiyyətli məhsul olduğuna dəlalət edir. Buna görə də istehlakçılar duz alarkən onun qablaşdırmasına, istifadə müddətinə və istehsal müəssisəsinə diqqət etməlidir.

Xatırladaq ki, prezident İlham Əliyevin iştirakı ilə açılan Masazır Duz Zavodu Azərbaycanda ilk dəfə sənaye üsulu ilə emal edilmiş, təmizlənmiş və yodlaşdırılmış yüksək keyfiyyətli duz istehsal edir. Yodlaşdırılmış, yüksək keyfiyyətli duzlar yerli bazarda istifadəçilərin ixtiyarına verilməklə ilk növbədə insan sağlamlığına xidmət edir.

Masazır Duz Zavodu hazırda istehsal etdiyi duzlarla ölkə bazarlarında və satış şəbəkələrində yod çatışmazlığı problemi ilə mübarizə aparır. Yodsuz duzdan istifadə bir çox ağır fəsadlar əmələ gətirir. İnsan orqanizmində zob xəstəliyi, qulaqlarda karlaşma, uşaq orqanizmində müxtəlif ağır fəsadlar və ən əsası, uşaqların ölü doğulması məhz yodsuz duzdan istifadənin nəticəsidir. Yod orqanizmdə normal inkişaf üçün vacib olan (hətta çox az miqdarda olsa belə) bir elementdir. Buna görə də orqanizmdə yod çatışmadıqda, insan həm zehni, həm də fiziki inkişafdan geri qalır. Təmizlənməmiş duzun çöküntüsü isə böyrək xəstəliklərinə səbəb olur. İstehlakçıların tələbatını nəzərə alan Masazır Duz Zavodu turşu və marinadlarda istifadə olunması üçün turşu duzu, heyvandarlıqda istifadə olunması üçün yalama duzları və sənayedə istifadə olunması üçün tablet duz, filter sistemlər üçün duzlar və s. bu kimi məhsullar da istehsal edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR