Balaxanı poliqonu ərazisində növbəti yaşıllaşdırma aksiyası keçirilib - FOTO

Balaxanı poliqonu ərazisində növbəti yaşıllaşdırma aksiyası keçirilib - <span style="color: red;">FOTO
# 30 noyabr 2013 16:42 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün Balaxanı poliqonu ərazisində Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş yaşıllaşdırma aksiyası keçirilib.

APA-Economics”in xəbərinə görə, İqtisadiyyat və Sənaye Nazirliyinin və “Təmiz Şəhər” ASC-nin əməkdaşları poliqon ərazisində müxtəlif ağac və bəzək kolları əkib, ərazidə abadlıq işləri aparıblar. Yaşıllaşdırma aksiyası çərçivəsində poliqon ərazisində ümumilikdə 700-dən çox ağac və bəzək kolları əkilib.

Qeyd edək ki, yaşıllaşdırma tədbirlərinin keçirilməsində əsas məqsəd Balaxanı poliqonunda ekoloji vəziyyətin sağlamlaşdırılması və ərazidə ekoloji tarazlığın bərpasıdır. Bu günə kimi Balaxanı poliqonunda keçirilmiş yaşıllaşdırma tədbirləri nəticəsində 5000-ə yaxın ağac və bəzək kolları əkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR