Xüsusi əməliyyat nəticəsində İnquşetiyada iki yaraqlı məhv edilib

Xüsusi əməliyyat nəticəsində İnquşetiyada iki yaraqlı məhv edilib
# 27 noyabr 2013 12:31 (UTC +04:00)

Bakı – APA. İnquşetiyanın Pliyevo qəsəbəsində fərdi evə hücum nəticəsində iki yaraqlı məhv edilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, xüsusi təyinatlılardan biri xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

İnquşetiya Respublikasının operativ qərargahı hadisə yerində uzunmüddətli əməliyyatın aparıldığını açıqlayıb.

Qərargahdan terrora qarşı əməliyyatın səhər saat 04.40-dan başlandığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR