Bu ilin ilk üç ayı ərzində “Şahdəniz” yatağından gündəlik 26 mln. kubmetr qaz hasil edilib

Bu ilin ilk üç ayı ərzində “Şahdəniz” yatağından gündəlik 26 mln. kubmetr qaz hasil edilib
# 15 may 2014 12:05 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin I rübü ərzində Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından 2,32 mlrd. kubmetr qaz və 600 min. ton (təqribən 4,44 mln. ton barel) kondensat və ya gündəlik təxminən 26 mln. kubmetr qaz və 49 330 barel kondensat hasil edilib.

“BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, 2006-cı ilin sonlarında “Şahdəniz”də hasilat başlanandan bu ilin I rübünün sonunadək yataqdan bazarlara təqribən 50,3 mlrd. kubmetr qaz və 13 mln. tondan çox (194 mln. barel) kondensat ixrac edilib.

2013-cü ildə mövcud qurğuların texniki optimallaşdırılması nəticəsində “Şahdəniz” hasilat sisteminin gündəlik maksimum gücü 966 mln. standart kubfut qaz və 55 000 barel kondensat səviyyəsinə qaldırılıb. “Şahdəniz” tərəfdaşları 2014-cü ilin axırına qədər hasilat gücünün təxminən 1 milyard 40 milyon standart kubfuta qədər artırılması üçün şərtləri Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə razılaşdırıb.

Bu ilin I rübü ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə 120 mln. ABŞ dolları əməliyyat xərcləri və 785 mln. dollardan çox əsaslı xərclər çəkilib. Bütün il üçün bu rəqəmlərin müvafiq olaraq 480 mln. dollar və 3 mlrd. 650 mln. dollar olacağı gözlənilir. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz” Mərhələ 2 layihəsinə, o cümlədən dənizdəki işlənmələr və “Səngəçal” terminalının genişləndirilməsinə aiddir.

Qeyd edək ki, “Şahdəniz” yatağında iştirak payları belədir: BP (operator – 28,8%), ARDNŞ (16,7%), “Statoil” (15,5%), “Total” (10%), “Lukoil” (10%), “Niko” (10%), və TPAO (9%). Bu faizlərə “Statoil”dan müvafiq olaraq BP və ARDNŞ-nin aldığı iştirak payları daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR