Azərbaycanın aparıcı banklarından biri «Calypso» sisteminin tətbiqinə hazırlaşır

Azərbaycanın aparıcı banklarından biri «Calypso» sisteminin tətbiqinə hazırlaşır
# 03 oktyabr 2013 10:20 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «PAŞA Bank» ASC maliyyə vəsaitlərinin idarə olunmasının həlli kimi «Calypso» sistemini seçib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, «PAŞA Bank»ın İdarə Heyətinin üzvü və investisiyalar üzrə baş direktoru Taleh Kazımovun fikrincə, «Calypso» «PAŞA Bank» kimi investisiya bankının maliyyə və risklərin idarə olunması ehtiyacına uyğun olan tərəfdaşdır.

«Kassa əməliyyatları sahəsində dəyişən tələblərə cavab vermək və inkişaf təşəbbüslərimizi, törəmə maliyyə alətləri ilə ticarət kimi yeni sahələrə genişlənmək məqsədilə «Calypso» ilə tərəfdaşlığımızı daha da inkişaf etdirməyə çalışacağıq», - deyə bank rəsmisi bildirib.

Qeyd edilir ki, «Calypso» müştərilərinə bizneslərini inkişaf etdirmək və yeni bazarlara doğru genişlənmək imkanı verir. «Calypso» proqramı 2013-cü ilin dekabrında istifadəyə veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR