Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın baş verib - VİDEO

Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın baş verib - <span style="color: red;">VİDEO
# 22 fevral 2014 18:46 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində mebel evinin asma tavanı 60 kv.m sahədə, 1-ci mərtəbənin girişində 14 ədəd elektrik sayğacları və binanın 1-ci mərtəbəsindən 10-cu mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 30 p.m yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən ikisi azyaşlı olmaqla 6 nəfər bina sakini təxliyə edilib. Mebel evinin, elektrik kabellərinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR