BŞİH tabeliyində olan bağçalarda uşaqlar üçün vahid geyim forması tətbiq olunub

BŞİH tabeliyində olan bağçalarda uşaqlar üçün vahid geyim forması tətbiq olunub
# 13 yanvar 2014 14:13 (UTC +04:00)

Bakı şəhər İcra Hakimiyyətinin nəzdindəki Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən APA-ya verilən məlumata görə, iarə gələcəkdə işçilərin vahid geyimdə olmasını təşkil etmək istəyir.

İdarədən onu da bildiriblər ki, bu gündən BŞİH-nin tabeliyində olan bağçalarda uşaqlar üçün vahid geyim forması tətbiq olunub: “Artıq həmin paltarlar bağçalara paylanılıb və uşaqlar onları geyinməyə başlayıblar. Paltarlar hansısa satış mərkəzində yox, bağçalardan əldə edilir. Uşaqlar həmin paltarlarda özlərini çox rahat hiss edirlər. Paltarlar gigiyenik cəhətdən üstündür”.

İdarədən bildirilib ki, paltarlar artıq bütün bağçalara paylanılıb: “Hər uşağa növbəli geyinməsi üçün iki paltar verilib. Vahid forma müəssisələrə BŞİH tərəfindən pulsuz verilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR