ARDNŞ: 2014-cü il yanvarın 1-dən Azərbaycana idxal olunan avtomobillər “Avro-3” standartlarına uyğun olmalıdır - VİDEO

ARDNŞ: 2014-cü il yanvarın 1-dən Azərbaycana idxal olunan avtomobillər “Avro-3” standartlarına uyğun olmalıdır - <span style="color: red;">VİDEO
# 20 noyabr 2013 13:14 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) əsas məqsədi ekoloji cəhətdən təmiz mühit yaratmaqdır.

APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ-ın emal üzrə vitse-prezidenti David Məmmədov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu ilə birgə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, şirkətin proqramına əsasən, benzində “Avro-3” standartına keçid 2015-ci ildə nəzərdə tutulur: “Dizeldə isə artıq buna nail olunub”.

D.Məmmədov deyib ki, “Avro-3” standartı avtonəqliyyat vasitələrinin dərəcəsinin yüksəldilməsini, həm də yanacağın keyfiyyətinin artırılmasını nəzərdə tutur: “2014-cü il yanvarın 1-dən respublikaya idxal olunan avtomobillərin mühərrik keyfiyyəti “Avro-3” standartlarına uyğun olmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR