Sabahdan Azərbaycan ərazisində hava soyuyacaq, temperatur düşəcək

Sabahdan Azərbaycan ərazisində hava soyuyacaq, temperatur düşəcək
# 03 oktyabr 2013 10:24 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Oktyabrın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişiləcəyi, güclü şimal küləyinin əsəcəyi, temperaturun 8 dərəcəyədək enəcəyi, yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu günün birinci yarısında 17-19, günün ikinci yarısında 14 dərəcəyədək isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 4-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 16-21, dağlarda gecə 4-9, gündüz 9-13 dərəcə isti olacaq.

Oktyabrın 4-də və 5-də hava şəraitinin kəskin dəyişməsi, güclü Xəzri küləyi və temperaturun 5-10 dərəcə enməsi metohəssas insanlar üçün əlverişsizdir. Oktyabrın 6-da və 7-də temperatur rejiminin iqlim normasından aşağı olmasına baxmayaraq, oksigenlə zəngin hava şəraiti metohəssas insanlar üçün əsasən əlverişli olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR