Ombudsman Aparatının əməkdaşları növbəti monitorinqlər keçiriblər

Ombudsman Aparatının əməkdaşları növbəti monitorinqlər keçiriblər
# 15 may 2014 12:08 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova – APA. Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Daxili İşlər Nazirliyinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin Araşdırma Mərkəzinə, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) yeni istifadəyə verilmiş müvəqqəti saxlama yerinə (MSY), həmin RPİ-nin 32 və 33-cü polis bölmələrinə planlı başçəkmələr həyata keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmələrdə məqsəd saxlanılma şəraiti, saxlanılan şəxslərlə rəftar və əvvəlki başçəkmlər zamanı verilmiş tövsiyələrin icrası vəziyyətinin öyrənilməsi olub. Adı çəkilən müəssisələrin standartlara cavab verdiyi müəyyən edilib.

Qeyd olunub ki, Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin Araşdırma Mərkəzi 2013-cü ilin aprel ayından fəaliyyət göstərsə də, burada saxlanılan şəxs olmayıb. MPQ-nin üzvləri Suraxanı RPİ-nin MSY-in 2014-cü ilin aprel ayında istifadəyə verilməsi nəzərə alınaraq, saxlanılma şəraitinin və digər məsələlərlə bağlı standartların bu müəssisənin yeni əməkdaşları tərəfindən öyrənilməsi məqsədilə qısa hüquqi maarifləndirmə təlimi keçiriblər.

Başçəkmə zamanı MSY-də, 32 və 33-cü polis bölmələrində də saxlanılan şəxs olmayıb.

Həmin müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə əlaqədar müvafiq tövsiyələr veriliB.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR