Bakı Musiqi Akademiyasının türkiyəli tələbə və doktorantları "Bir millət - iki dövlət" adlı konsert verəcək - FOTO

Bakı Musiqi Akademiyasının türkiyəli tələbə və doktorantları "Bir millət - iki dövlət" adlı konsert verəcək - <span style="color: red;">FOTO
# 08 yanvar 2014 13:43 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə Akademiyanın türkiyəli tələbə və doktorantlarının "Bir millət - iki dövlət" adlı konserti keçiriləcək.

Akademiyadan APA-ya verilən məlumata görə, yanvarın 23-də baş tutacaq konsert proqramında Türkiyənin məşhur klarnet ifaçısı Hüsnü Şənləndirici, müğənni Mustafa Yıldızdoğan, solistlər Elif Nun, Osman Özel, Mehmet Bitmez, Gürkan Çakmak, Coşqun Karademir, Emirhan Kartal, Ata Bahri Çağlayan və başqaları iştirak edəcəklər.

Konsert Şövkət Məmmədova adına Opera Studiyasının konsert salonunda keçiriləcək. Konsertdə ifaçıların repertuarından seçilmiş musiqi parçaları, sevilən türk xalq və estrada, eləcə də Azərbaycan musiqi nümunələri ifa olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR