Paytaxtda mənzildə köməksiz vəziyyətdə qalmış azyaşlı uşaq xilas edilib

Paytaxtda mənzildə köməksiz vəziyyətdə qalmış azyaşlı uşaq xilas edilib
# 21 noyabr 2013 18:47 (UTC +04:00)

Bakı-APA. Bakının Xətai rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə qonşu mənzilin eyvanından enərək daxil olublar. Mənzildə nəzarətsiz qalmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 19:16-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR