Naxçıvan MTN-in keçmiş əməkdaşının Rusiyadan Azərbaycana ekstradisiyası haqqında qərar sentyabrın 2-də çıxarılacaq

Naxçıvan MTN-in keçmiş əməkdaşının Rusiyadan Azərbaycana ekstradisiyası haqqında qərar sentyabrın 2-də çıxarılacaq
# 30 avqust 2013 15:09 (UTC +04:00)

APA-nın məlumatına görə, hakim Yuriy Zuyevin sədrliyi ilə keçirilən bugünkü iclasda Rusiya Federasiyası Baş Prokurorluğunun iddiası əsasında onun Azərbaycana göndərilməsi məsələsinə baxılıb. Məhkəmə sabiq MTN əməkdaşının ekstradisiyası ilə bağlı qərarı sentyabrın 2-i qəbul edəcək. İ. Musayev məhkəmədə iştirak etməyib.

Qeyd edək ki, İ. Musayev İran lehinə casusluqda ittiham olunmuş, sonradan Naxçıvan MTN həbsxanasında dünyasını dəyişmiş Turac Zeynalovun həyat yoldaşını qətlə yetirmək barədə tapşırıq aldığını, lakin bu tapşırığı yerinə yetirilməkdən imtina etdiyini bildirib. Naxçıvan MTN isə bəyanat yayaraq, İ. Musayevlə heç bir əlaqəsi olmadığını qeyd edərək onu dələduz və fərarı adlandırıb. Naxçıvan MTN-nin açıqlamasında T. Zeynalovun xərçəng xəstəliyindən vəfat etdiyi bildirilir. 2012-ci ilin sentyabrında İ. Musayev həyat yoldaşı ilə Rusiyaya gələrək, bu ölkədə qaçqın statusunu almağa cəhd göstərib. Lakin Rusiya müvafiq orqanları onun Azərbaycan tərəfindən axtarışa verildiyi əsas gətirərək, müraciəti rədd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR