Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Lənkəranda vətəndaşları qəbul edib - FOTO - VİDEO

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Lənkəranda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 10 yanvar 2014 10:21 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov Lənkəranda növbəti vətəndaş qəbulunu keçirib.

APA-nın Cənub bürosunun məlumatına görə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinin binasında keçirilən qəbulda Lənkəranla yanaşı, Lerik, Astara, Cəlilabad, Masallı, Yardımlı, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Müraciətlər əsasən daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və icarəsi, habelə Komitənin digər fəaliyyət istiqamətlərinə aid olub.

K.Həsənov müraciətlərdə qaldırılan bəzi məsələlərin operativ həlli üçün Komitənin tabeliyindəki müvafiq qurumların rəhbərlərinə göstərişlər verib. Vətəndaşlara onların müraciət və təklifləri ilə bağlı qanunvericiliyin tələbləri izah olunub, bu məsələlərin həlli istiqamətində zəruri tədbirlərin görüləcəyi bildirilib. Araşdırma tələb edən digər müraciətlər isə qeydiyyata götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR