Qusar şəhərinin Baş plan layihəsi hazırlanır

Qusar şəhərinin Baş plan layihəsi hazırlanır
# 20 iyun 2014 07:00 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Qusar şəhərinin Baş plan layihəsi hazırlanır.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, Baş planın ilkin layihəsinin ictimai müzakirəsi bu gündən başlayaraq 60 gün müddətində Qusar şəhərində keçiriləcək.

Hazırlanmış ilkin layihə ilə tanış olmaq, o cümlədən layihəyə aid irad və təkliflərin bildirilməsi üçün Qusar şəhər İcra Hakimiyyətinin inzibati binasına ünvana müraciət etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR