Elşad Abdullayevin Baş Prokurorluqda çalışan qardaşı barəsində olan məhkəmə qərarından Ali Məhkəməyə şikayət edib

Elşad Abdullayevin Baş Prokurorluqda çalışan qardaşı barəsində olan məhkəmə qərarından Ali Məhkəməyə şikayət edib
# 23 oktyabr 2013 10:30 (UTC +04:00)

APA-nın xəbərinə görə, buna səbəb isə Azərbaycan Beynəlxalq Universitetinin rektoru olmuş Elşad Abdullayevin qardaşı Elsevər Abdullayevin prosesin baxış iclasının qərarından verdiyi kassasiya şikayəti olub.

Qeyd edək ki, bir müddət əvvəl Elşad Abdullayevin işi ilə əlaqədar tutulan iş adamı Arzu Kazımovun barəsində olan hökmdən verdiyi apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib. Həmin vaxt Elsevər Abdullayevin Bakı Ağır Cinayətlər Məhkəməsinin onun barəsində qəbul etdiyi xüsusi qərardadla bağlı apellyasiya şikayətinə də baxılıb. Onun nümayəndəsi qərardadın ləğv edilməsini məhkəmədən xahiş edib. Həmin məsələyə münasibət bildirən dövlət ittihamçısı isə bu məsələ ilə bağlı apellyasiya şikayətinin verilməsinin qanunvericilikdə nəzərdə tutulmadığını xatırladıb və şikayətin rədd olunmasını xahiş edib. Məhkəmə E. Abdullayevin şikayətini rədd edib. Həmin qərarla razılaşmayan E. Abdullayev isə kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Həmin müraciətə baxıldıqdan sonra A. Kazımovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdiriləcək.


Onu da qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Arzu Kazımov 3 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Elsevər Abdullayevin barəsində isə xüsusi qərardad çıxarıb. Belə ki, onun əməllərinin araşdırılıb, qiymət verilməsi üçün məhkəmə qərardadın Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edib. Lakin A. Kazımov barəsində olan hökm hələlik qanuni qüvvəyə minmədiyindən qərardadla bağlı hissə icra olunmayıb.

Elsevər Abdullayev Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsində şöbə prokuroru vəzifəsində çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR