ABŞ dövlət katibi: “Suriya şərtimizi yerinə yetirərsə, hərbi əməliyyatdan vaz keçərik”

ABŞ dövlət katibi: “Suriya şərtimizi yerinə yetirərsə, hərbi əməliyyatdan vaz keçərik”
# 09 sentyabr 2013 13:32 (UTC +04:00)

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Con Kerri deyib.

C. Kerri britaniyalı həmkarı Uilyam Heyqlə görüşdən sonra Suriya probleminin yalnız siyasi yollarla həllinin mümkün olduğunu anladıqlarını bildirib: “Hərb yolu yoxdur, biz bu barədə illüziya qurmuruq”. Lakin dövlət katibi Suriya prezidenti Bəşər Əsədin bu şərti qəbul edəcəyinə ümid bəsləmədiyini də söyləyib.

U. Heyq isə Britaniya parlamentinin Suriyaya qarşı hərbi əməliyyata yox deməsinə baxmayaraq, Vaşinqtonun bu məsələdə Londonun tam dəstəyini alacağını vurğulayıb.

Qeyd edək ki, bu həftə ABŞ Konqresində Suriyaya qarşı hərbi əməliyyatla bağlı müzakirə və səsvermə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR