Azərbaycanda qeyri-neft ÜDM-i 10% artıb

Azərbaycanda qeyri-neft ÜDM-i 10% artıb
# 18 dekabr 2013 08:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehsal edilmiş ümumi daxili məhsulun (ÜDM) həcmi 52,1 mlrd. manata çatıb və əvvəlki ilin eyni dövrünə nisbətən 5,7% artıb.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ÜDM-in əhalinin hər nəfərinə həcmi 4,3% artaraq 5 604,2 manat və ya 7 142,8 ABŞ dolları təşkil edib.

ÜDM-in 33,0 mlrd. manatı (63,5%) iqtisadiyyatın istehsal, 15,7 mlrd. manatı (30,2%) xidmət sahələrinin payına düşüb, bu sahələrdə əlavə dəyər müvafiq olaraq 5,0% və 6,7% artıb. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,3%-ni təşkil edib.

ÜDM-in 46,5%-i sənaye, 5,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 11,7%-i tikinti, 7,1%-i ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsi, 5,4%-i nəqliyyat və anbar təsərrüfatı, 2,1%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7%-i informasiya və rabitə xidmətləri, 13,9%-i isə sosial və digər xidmətlər sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların payına düşüb.

Bu dövrdə qeyri-neft ÜDM-i əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,5% artıb, onun ÜDM-də xüsusi çəkisi 56%-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR