Bakıda "Mazda" markalı avtomobil, Gədəbəydə isə 9 otaqlı inzibati bina yanıb

Bakıda "Mazda" markalı avtomobil,  Gədəbəydə isə 9 otaqlı inzibati bina yanıb
# 29 yanvar 2014 04:47 (UTC +04:00)

Bakı-APA. Bakıda gecə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Nərimanov rayonunda vətəndaşa məxsus "Mazda" markalı minik avtomobildə baş verib. Nəticədə, avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 02:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha bir yanğın Gədəbəyin Göyəmli kəndində vətəndaşa məxsus ümumi sahəsi 500 kv.m olan birmərtəbəli 9 otaqdan ibarət inzibati binada baş verib. Nəticədə binanın dam örtüyünün yanar konstruksiyaları 300 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR