Azərbaycanın bir qrup fransız dili müəllimi Parisdə təcrübə keçib

Azərbaycanın bir qrup fransız dili müəllimi Parisdə təcrübə keçib
# 25 iyul 2013 09:59 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Azərbaycanın bir qrup fransız dili müəllimi Parisdə təcrübə keçib. APA-nın xəbərinə görə, Azərbaycan Fransız dili müəllimləri Assosiasiyası (APFAZ) və Fransanın Azərbaycandakı səfirliyinin təşkil etdiyi tədbirdə ali və orta məktəblərdən 20 müəllim iştirak edib. Təcrübə çərçivəsində müəllimlər Parisin müxtəlif yerlərində olub, o cümlədən Beynəlxalq fransız dili müəllimləri Assosiasiyasında (AIPF) görüş keçiriblər. Müəllimlərimiz səfər çərçivəsində fransız dilinin tədrisindəki yeni modellərlə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR