Milli Şuranın üzvü: “Eldar Namazovun bəyanatı “El” hərəkatının Milli Şuradan çıxacağı barədə anonsdur”

Milli Şuranın üzvü: “Eldar Namazovun bəyanatı “El” hərəkatının Milli Şuradan çıxacağı barədə anonsdur”
# 15 yanvar 2014 12:50 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Milli Şuranın formatı dəyişib və buna artıq Milli Şura demək olmaz”. Bunu APA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri, Milli Şuranın üzvü Rafiq Manaflı “El” Hərəkatının sədri Eldar Namazovun Milli Şura ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.

Qeyd edək ki, E. Namazovun Milli Şura ilə bağlı verdiyi bəyanata əsasən, qurumda qalıb-qalmamaqla bağlı qərar vermək “El” Hərəkatının Milli Şurada olan üzvlərinin ixtiyarına buraxılıb.

R. Manaflı isə bildirib ki, “El” Hərəkatı Milli Şuraya fərd olaraq deyil, təsisçi təşkilat olaraq gəlib: “Hərəkat uzun müddət danışıqlar apararaq, təşkilatın kvotasına uyğun Milli Şurada təmsil olunub. Ona görə də Eldar Namazovun bu bəyanatı hərəkatın Milli Şuradan çıxacağı barədə anonsdur”.

MŞ üzvü qeyd edib ki, bu gün artıq Milli Şuranın güclənməsi deyil, qorunub saxlanması istiqamətində müzakirələr aparılır. Onun sözlərinə görə, VHP Milli Şurada iştirakla bağlı daxili müzakirələrdən sonra qərar verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR