«VTB Azerbaijan» bankı mənfəətə çıxıb

«VTB Azerbaijan» bankı mənfəətə çıxıb
# 25 oktyabr 2013 10:15 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «VTB Azerbaijan» ASC-nin 2013-cü ilin üç rübü ərzində əldə etdiyi gəlirlərin həcmi 14,158 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisindən 2,6 dəfə çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın xərcləri 81,9% artaraq 13,112 mln. manata çatıb.

Bankın hesabatına əsasən, bu ilin yanvar-sentyabr ayları ərzində bank 1,047 mln. manat həcmində mənfəət əldə edib. Ötən ilin üç rübünü isə bank 1,812 mln. manatlıq zərərlə başa vurub.

Qeyd edək ki, hesabat dövründə bankın faiz gəlirləri 12,385 mln. manat, qeyri-faiz gəlirləri 1,774 mln. manat, faiz xərcləri 3,932 mln. manat, qeyri-faiz xərcləri isə 9,180 mln. manat təşkil edib. Son bir ildə bankın faiz mənfəəti 2,6 dəfə artaraq 8,453 mln. manat, qeyri-faiz zərəri isə 45,1% artaraq 7,406 mln. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR