“Gənclər siyasəti haqqında” qanuna ipotekalarla bağlı dəyişikliklər edilməsi üçün təkliflər paketi MM-ə təqdim olunacaq - VİDEO

“Gənclər siyasəti haqqında” qanuna ipotekalarla bağlı dəyişikliklər edilməsi üçün təkliflər paketi MM-ə təqdim olunacaq - <span style="color: red;">VİDEO
# 29 yanvar 2014 14:25 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib. O bildirib ki, layihədə ipoteka kreditlərinin verilmə mexanizmlərinin daha da təkmilləşdirilməsi təklif olunub: “Sosial ipotekanı əldə etmək hüququ olan insanların kateqoriyasının və verilən vəsaitin həcminin artırılması ilə bağlı təkliflərimiz var. Eyni zamanda vətəndaşları narahat edən əsas məsələlərdən olan illik faiz və ilkin ödəniş məsələsi ilə də bağlı da həmin paketdə təkliflər yer alıb. Bu günə qədər sosial ipoteka gənc ailəyə və hərbi qulluqçuların ailələrinə aid idi. Təklif etmişik ki, bu, gənc ailələrlə yanaşı, subay gənclərə də aid olunsun. Eyni zamanda təklif edirik ki, bu gün müxtəlif elm müəssisələrində çalışan elmi işçilər, laborantlar və sairələr də gənc alim statusuna yaxınlaşdırılsınlar ki, onların da həmin ipotekadan istifadə etmək hüququ olsun. Müəyyən razılaşmadan sonra son qərarın necə olduğunu deyə bilərik”.

Nazir müavini onu da əlavə edib ki, nazirlik Azərbaycanda Gənclərinin İnkişaf Strategiyasının layihəsini hazırlayıb və hazırda bu layihə aidiyyatı dövlət qurumlarında razılaşdırılma mərhələsindədir: ““Gənclər siyasəti haqqında” qanuna əlavə və dəyişiklər edilməsi üçün də təkliflər paketini hazırlamışıq. Yaxın günlərdə təkliflər paketi Milli Məclisin müvafiq komitəsinə təqdim olunacaq. Gənc alimlərlə bağlı əlavə bəndlərin salınması da həmin təkliflər içərisində yer alıb. 29 yaşa qədər elm sahəsində kifayət qədər təsiredici nailiyyətlər əldə etmək bir qədər çətin olduğu üçün məhz gənc alimlərlə bağlı yaşın artırılmasını təklif edirik. Bununla bağlı son sözü parlament deyəcək. Biz Milli Elmlər Akademiyası ilə də bu barədə müzakirələr aparırıq. Müzakirələr 35 və 40 yaş arasında gedir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR